Topaz Premyar Liqasının 7-ci turu çərçivəsində növbəti oyun keçirilib. Futbolinfo.az xəbər verir ki, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan AZAL "Sumqayıt"ın qonağı olub. 

1:1 hesabı ilə başa çatan matçdan sonra qonaqların baş məşqçisi Tərlan Əhmədov görüşlə bağlı fikirlərini bölüşüb:

"Açığı, ilk hissədə daha yaxşı oynadıq. Yekunda heç-heçə oldu. Bir xal da bir xaldı. Futbolçularıma təşəkkür edirəm. Mən istədiyim oyunu göstərdilər. Qarşıda fasilə var. Çalışacağıq yoxlama oyunlarında durumumuzu düzəldək".

Shares: