Bu gün Azərbaycan çempionatının 7-ci turu çərçivəsində "Neftçi" evdə "Kəpəz"i qəbul edir. Futbolinfo.az xəbər verir ki, "Əlincə Arena"da keçirilən görüşə bakılılar öz azarkeşlərinin təhqir sədaları altında qədəm qoyublar.
Belə ki, bir qrup tərəfdar start fitindən əvvəl bakılı futbolçulara "boyunuzu yerə soxum" şüarlarını səsləndirib. Bundan başqa, onlar kapitan Araz Abdullayevi də topa ilk toxunuşunda bir ağızdan təhqir ediblər. Hazırda da fanatlar ara vermədən "Neftçi"yə qarşı şüarlar səsləndirirlər.