"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

– Matç ağır keçdi. İlk hissədə çoxlu qol vəziyyətlərini boşa verdik. Bizim günümüz deyildi. “Neftçi” 3 xala layiq idi. Mənə elə gəlir ki, futbolçularım “Neftçi”ni qiymətləndirə bilmədilər. Uşaq səhvlərindən qollar buraxdıq.

– Qapıçı Tadas Simaitis bu gün kobud səhvlər etdi…
– Düzdü, səhvləri oldu. Amma bir oyuna görə futbolçunu hesabdan silmək olmaz. 

– Komandanın daxilində hər hansı problem varmı?
– Yox. Sadəcə, motivasiya cəhətdən problemlərimiz var. Daha çox işləmək lazımdı. Bu məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirəm. 

– “Neftçi”ni qiymətləndirməməkdə “Qarabağ”la heç-heçənin təsiri varmı?
– Var. Məşqçi üçün ən çətini uğurdan sonra komandanı bir araya gətirməkdi. Bursda mənim də günahım var. Nə qədər çalışsam da, uşaqları o heç-heçənin fikrindən çıxara bilmədim. Fərdi söhbətlər aparsam da, xeyri olmadı. 

– Bu nəticədən sonra komandanı necə toparlayacaqsız?
– Məğlubiyyətdən sonra komanda özü-özünə toparlanır. Bundan sonra futbolçulara nəsə deməyimə ehtiyac yoxdu.

ELMAR ABDULLA-ZADƏ

Shares: