Futbol üzrə Almaniya ikinci Bundesliqasında 8-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası – "Ersgebirge" də növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda "Bohum"la qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan məğlubiyyətlə ayrılıb – 2:4.

Nazarov bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, "Ersgebirge" 8 turdan sonra 7 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb.

Shares: