Futbol üzrə Türkiyə Super Liqasında 6-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin komandası – "Trabzonspor" da növbəti matçına çıxıb.

Trabzon təmsilçisi səfərdə "Karabükspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:4.

İlk beş turda olduğu kimi, Ramil bu görüşün də iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, "Trabzonspor" 6 turdan sonra 6 xalla 18 klub arasında 12-ci pillədə qərarlaşıb.

Shares: