Türkiyə Super Liqasında 6-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budağın komandası – "Kayserispor" da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə "Kasımpaşa" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

Ufuk bu görüşün 46-cı dəqiqəsindən etibarən mübarizəyə qoşulub və bir hissə oynayıb.

Qeyd edək ki, "Kayserispor" 6 turdan sonra 5 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb.

Shares: