Topaz Premyer Liqasının 8-ci turunda AZAL-la səfər oyununun sonunda zədələnən “Kəpəz”in futbolçusu Dario Federikonun durumuna aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, MRT müayinəsindən keçən braziliyalıya birinci dərəcəli əzələ yırtğı diaqnozu qoyulub.
Bu isə o deməkdir ki, yarımmüdafiəçi qarşıdakı 3 həftə futbol oynaya bilməyəcək. Klubun tibb personalının klub saytına verdiyi məlumata görə, Frederiko yalnız gələn ayın əvvəlində məşqlərə başlaya biləcək. Bu müddət ərzində onun müalicəsi Bakıda aparılacaq.
Xatırladaq ki, Dario ötən il də məhz AZAL-la Bakıda keçirilən görüşdə zədələnərək mövsümün sonuna kimi sıradan çıxmışdı.