Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 8-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“İnter” – “Qəbələ” matçında “İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Zirə” – “Neftçi” matçının 47-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Rahil Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.