Bu gün AFFA İntizam Komiəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA tərəfindən təşkil olunan müxtəlif birinciliklərlə bağlı aşağıdakı qərarlar çıxarılıb:

U-15 Liqasında “Zirə” – “Kəpəz” matçının 53-cü dəqiqəsində “Kəpəz”in futbolçusu Məsim Ələkbərov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-15 Liqasında “Şəmkir” – “Neftçi” matçının 70-ci dəqiqəsində meydan sahiblərinin qapısına 11 metrlik cərimə zərbəsi təyin olunandan sonra azarkeşlər meydana daxil olaraq, hakimə öz etirazlarını kobud şəkildə bildiriblər. Meydanda təhlükəsizliyin təmin olunmamasına görə "Şəmkir"ə xəbardarlıq olunub və klubdan növbəti oyunlarda təhlükəsizliyin təmin olunması tələb edilib. Bu hal yenidən təkrarlanacağı təqdirdə klubu daha ağır cəza gözləyir.
 
U-14 Liqasının “Rəvan” – “Qəbələ” matçında “Rəvan” iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-11 Liqasında Şəms UGİM 1 (Gəncə) – UGİM Gənclərbirliyi (Gəncə) matçında Şəms UGİM 1 klubunun heyətində limit pozulduğuna görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-11 Liqasının “Göyçay” OİK Gİİ – UGİM (Göyçay) matçında komandalar təyin olunan vaxtda meydanda olmadığına görə hər iki kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə Azərbaycan birinciliyinin I dəstəsinin İFFA – ADBTİA matçının 28-ci dəqiqəsində İFFA klubunun futbolçusu Rafiq Həsənov öz komanda yoldaşını təhqir etdiklərinə görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan birinciliyinin I dəstəsinin “Yeni Günəşli” – “Zülfüqar-114”  matçının 14-cü dəqiqəsində “Zülfüqar-114” klubunun futbolçusu Seymur Müslümov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan birinciliyinin I dəstəsinin “FH İD Futsal” – “Qarabağ” matçı başa çatdıqdan sonra “Qarabağ”ın futbolçusu Feyruz Həsənov hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Kərki” – “Sirab” matçının 19-cu dəqiqəsində “Kərki”nin futbolçusu Uğur Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

Shares: