Avropa Liqasındakı təmsilçimiz “Qəbələ” 3 gün sonra Avropa Liqasının qrup mərhələsində həlledici görüşlərindən birinə çıxacaq. Azərbaycan klubu səfərdə “Sent-Etyen”in qonağı olacaq. 

Bu, “qırmızı-qaralar”ın cari mövsümdə Fransaya 2-ci səfəridi. Roman Qriqroçukun yetirmələri daha öncə 3-cü təsnifat mərhələsində 2 oyunun nəticəsinə görə “Lill”i sıradan çıxarmışdı – səfərdə 1:1, evdə 1:0. Bu, “Qəbələ”nin fransız klubları ilə hələ ki, yeganə duelidi. Ümumiyyətlə “Sent-Etyen” səfəri təmsilçilərimiz üçün uğurlu sayıla bilər. 2 il əvvəl “Qarabağ” da məhz “Joffrua Qişar”dan 1 xalla qaytmışdı.

“Sent-Etyen” və “Lill”dən başqa təmsilçilərimiz indiyə kimi daha 2 fransız klubuna rəqib olub. Hər iki halda da qərbi avropalılar önünə “Qarabağ çıxıb. Rəqiblər isə “Monpelye” və “Monako” olub. Bu qarşılaşamalarda isə ən yaxşı halda 1 heç-heçə qeydə alınıb:

1999. “Monpelye” 6:0, 3:0 “Qarabağ” (İntertoto Kuboku)
2015/16. “Monako” 1:0, 1:1 “Qarabağ” (AL)

Statistikaya nəzər salsaq, görərik ki, “Böyük beşlik” (İngiltərə, İspaniya, Fransa, Almaniya və İtaliya) ölkələri təmsilçiləri arasında yeganə qələbəmiz də məhz “üçrəngli”lərlə oyunda qeydə alınıb.Yuxarıda qeyd etdiyimiz kimi, bu uğur da məhz “Qəbələ” tərəfndən cari mövsümdə “Lill”ə matçda qazanılıb. Qriqorçuk və futbolçuları artıq “Böyük beşlik” xofunu üzərindən götürməklə fransızların heç də məğlubedilməz olmadığını sübut edib.

Shares: