Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" – PAOK (Yunanıstan) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub. Futbolinfo.az xəbər verir ki, sabah – oktyabrın 19-da "Azərsun Arena"nın mətbuat zalında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov saat 17:30-da media mənsublarının önünə çıxacaq. Komandamızın son məşqi isə saat 18:00-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

PAOK-un son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi Respublika stadionunda baş tutacaq. Yunanıstan təmsilçisinin baş məşqçisi Vladimir İviç isə son məşqdən öncə saat 19:15-də Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Rəqibin son məşq və mətbuat konfransında iştirak etmək istəyən jurnalistlər üçün "Azərsun Arena"dan xüsusi avtobus ayrılacaq.

Qeyd edək ki, "Qarabağ" – PAOK matçı 20 oktyabr saat 21:00-da start götürəcək.

Shares: