DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Şimali İrlandiya – Azərbaycan oyununda anşlaq olacaq. Futbolinfo.az xəbər verir ki, hələ matça bir aya yaxın vaxt qalmasına baxmayaraq, demək olar, bütün biletlər satılıb qutarıb.

Belfastdakı 18 614 nəfərlik “Uintsor Park” stadionunda keçiriləcək qarşılaşmada millimiz tək qalmayacaq. Belə ki, “Milli Dəstə” fan-klubu bundan əvvəlki matçlarda olduğu kimi, bu dəfə də yığmanı tribunadan dəstəkləyəcək. Təxminən 50 nəfərlə təmsil olunacaq azarkeş qrupu bütün tribunanı tutacaq ölçüdə xareoqrafiya da açmaq fikrindədi.

Qeyd edək ki, Ş.İrlandiya – Azərbaycan oyunu noyabrın 11-də keçiriləcək.

Shares: