"Yuventus"un qapıçısı Canluici Buffon 13 ildən sonra ilkə imza atıb. Futbolinfo.az xəbər verir ki, 38 yaşlı qolkiper ötən gecə Çempionlar Liqasında "Lion"a qalib gəldikləri (1:0) görüşdə buna nail olub. 

Qarşılaşmanın 35-ci dəqiqəsində Aleksandre Lyakazettenin penalti zərbəsini dəf edən Buffon qitənin ən nüfuzlu klub turnirində 13 ildən sonra bunu bacarıb.

Buffon ÇL-də sonuncu dəfə 2003-cü ildə "Real"a qarşı matçda penaltini qaytarıb.

Shares: