"Real"ın ulduz futbolçusu Kriştiano Ronaldo ötən gecə Çempionlar Liqasında "Legiya" ilə (5:1) oyundan sonra matça dəvət etdiyi Fernando Riksenlə görüşüb. Futbolinfo.az xəbər verir ki, portuqaliyalı sözügedən oyunda geyindiyi futbolkanı da ona hədiyyə edib.
Madrid klubunun prezidenti Florentino Peres və Ronaldonun agenti Jorje Mendeş də keçmiş holland futbolçu ilə söhbət edib.
2013-cü ildə Riksendə sağalmaz xəstəlik – amiotrofik skleroz aşkar edilib.
Riksen ötən il Sankt Peterburqda müalicədə olmuşdu.