"Qəbələ" Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda sabah səfərdə Fransanın "Sent-Etyen" klubu ilə üz-üzə gələcək. Futbolinfo.az xəbər verir ki, görüşü zədə səbəbindən buraxmalı olacaq Baqali Dabo oyuna haqda açıqlama verib.
"Francebleu"ya danışan 28 yaşlı forvard bunları söyləyib: “Çox istərdim ki, komandama kömək edim, amma zədəliyəm. Buna görə çox təəssüflənirəm. “Sent-Etyen”ə qarşı oynamaq və stadiondakı atmosferi yaşamaq mənim üçün çox xoş olardı”.
Dabo “Sent-Etyen”i cütün favoriti adlandırıb: “Fransa 1-ci Liqası ilə Azərbaycan Premyer Liqasını müqayisə etmək olmaz. Düzdür, “Qəbələ” “Lill”i Avropa Liqasının üçüncü təsnifat mərhələsində mübarizədən kənarlaşdırmışdı. Bəzi komandalarla başabaş mübarizə aprara bilərik. İkinci Liqada isə çempionluq uğrunda mübarizə aparmaq mümkündür. Amma çempionatın səviyyəsi baxımından müqayisə etmək düzgün olmaz və bu baxımdan “Sent-Etyen” cütün favoritidir. Komanda yoldaşlarıma uğurlar arzulayıram, onlar sona qədər vuruşacaqlar”.