“Qarabağ”a qarşı Gəncə şəhər stadionunda keçirilən çempionat matçında zədələnən Şəhriyar Əliyevin durumu yaxşılaşıb. Futbolinfo.az xəbər verir ki, iki həftə yaşıl meydanlardan uzaq qalan müdafiəçi məşqlərə başlayıb. 

Klubun tibb personalının məlumatına görə, müalicə prosesi planlaşdırıldığı kimi getsə, Əliyev 2-3 gün sonra toplu çalışmalarda iştirak edə biləcək. Futbolçu hələlik, həkim nəzarəti altında fərdi halda məşq edir.    

Shares: