"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstanın PAOK klubuna qarşı keçirəcəkləri oyun öncəsi bu gün mətbuat konfransında fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, o, bunları söyləyib:
– Komanda bu oyunu səbrsizliklə gözləyir. Son matçdan sonra hamının ürəyi yanır ki, özlərini yaxşı tərəfdən göstərsin. Futbolçular vuruşmağa hazırdı. Yaxşı nəticə qazanmaq üçün çalışacağıq.
– Millidəki yüksək ab-havanı komandaya gətirə bilmisiz?
– Milli, ya “Qarabağ”, fərq etməz, həmişə beynəlxalq oyunlarda ab-hava yüksək olur. Bir-iki futbolçunu çıxsaq, hər iki komandada eyni oyunçulardı.