Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qarabağ”la qarşılaşacaq PAOK-un futbolçusu Stelios Malezas oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, vitse-kapitan oyunla bağlı bunları deyib:
– Komandada ruh yüksəkliyi var. “Qarabağ”la oyunda yaxşı nəticə əldə etmək etmək niyyətindəyik.
– Zədədən sonra vəziyyətin nə yerdədi?
– Artıq daha yaxşıyam. Sabahkı oyuna özümü hazır sayıram.
– “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabahkı oyunda qələbənin onlara daha vacib olduğunu deyib…
– Qələbə “Qarabağ”a lazım olduğu qədər bizə də lazımdı. Rəqib yaxşı komandadı. Əlbəttə, öz meydanında yaxşı nəticə əldə etməyə çalışacaq.
– Fakundo Pereyra “Qarabağ” barədə sizə hansı məlumatları verib?
Onunla danışmışıq. Öz bildiklərini bizimlə bölüşüb. Ümumi olaraq, ölkə barədə müsbət fikirlər bildirib.