Premyer Liqanın növbəti turunda "Qəbələ" ilə qarşılaşacaq "Sumqayıt" 2 günlük istirahəti başa vurub. Futbolinfo.az xəbər veir ki, komanda baş məşqçi Samir Abasovun rəhbərliyi altında axşam "Kapital Bank Arena"da hazırlığa başlayıb. 

Zədəli Mikayıl Rəhimovdan başqa komanda tam heyətlə hazırlaşıb. Məşqin ilk hissəsində fiziki hazırlığa önəm verən komanda daha sonra toplu çalışmalarla hazırlığı başa vurub.

Qeyd edək ki, "Sumqayıt" – "Qəbələ" oyunu oktyabrın 25-də keçiriləcək. Oyun saat 16:00-da "Kapita Bank Arena"da olacaq.

Shares: