Dünya şöhrətli Ronaldinyonun Bakıya səfərinin təfərrüatları hələ bəlli deyil. Braziliyalı ulduz ölkəmizə dünən gəlib və bu gün səfərini başa vuracaq.

"Futbolinfo"nun əldə etdiyi məlumata görə, Ronaldinyo ölkəmizə "Qəbələ"nin prezidenti Tale Heydərovun dəvəti ilə gəlib. Xeyli əvvəldən başlayan tanışlıq işbirliyinə çevrilə bilər. Bildiyimizə görə, bəzi layihələrin planı çoxdan hazırlanıb və indi onları reallaşdırmaq nəzərdə tutulub.

Dünən Heydərovla görüşən Ronaldinyo bu gün birlikdə AFFA prezidentinin qəbuluna gedəcəklər. Məhz Rövnəq Abdullayevlə günorta saatlarına nəzərdə tutulan görüşdən sonra səfərin təfərrüatlarının açıqlanacağı gözlənilir.

Shares: