Bu gün Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qəbələ” də növbəti sınağına çıxıb.

Roman Qriqorçukun çalışdırdığı komandamız səfərdə Fransanın “Sent-Etyen” klubu ilə qarşılaşıb. Matç Azərbaycan klubunun minimal hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qrupun digər oyununda Almaniyanın "Maynts" klubu doğma meydanda Belçika "Anderlext"i ilə bərabərə qalıb – 1:1.

Avropa Liqası
C qrupu

20 oktyabr
 
“Sent-Etyen” – “Qəbələ” – 1:0 (0:0)
Qol: Rikardinyo, 70-öz qapısına (1:0).
Sarı vərəqə: K.T.Katren, 51. V.Vernidub, 58. Ş.M`Benqe, 82.
Hakimlər: Ali Palabıyık, Cem Satman, Əkrəm Kan, Ceyhun Sesigüzel.
Əlavə köməkçi hakimlər: Alper Ulusoy, Volkan Bayarslan (hamısı Türkiyə)
Sent-Etyen. “Joffrua Qişar” stadionu.

"Sent-Etyen": 30. Jessi Mulen, 2. Kevin Teofil-Katren, 9. Nolan Ru, 10. Ussama Tannan (27. Robert Beriç, 62), 11. Anri Seve (5. Vensan Pajo, 90+2), 12. Şeyx M`Benqe, 14. Jordan Veretu, 17. Ole-Kristian Selnes, 19. Florentin Poqba, 22. Kevin Monne-Pake, 24. Loik Perren (k).
Ehtiyat oyunçular: 1. Antoni Mezonnyal, 7. Brian Dabo, 23. Aleksandr Sederlunn, 25. Kevin Malkui, 35. Arno Nordin.
Məşqçi: Rene Lobello.
"Qəbələ": 22. Dmitri Bezotosnı (k), 3. Voyislav Stankoviç, 9. Sergey Zenyov (30. Petar Franyiç, 80), 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov (32. Rəşad Eyyubov, 80), 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks, 34. Ürfan Abbsov.
Ehtiyat oyunçular: David Petrkeviç, 8. Qismət Əliyev, 39. Sadiq Quliyev, 44. Rafael, 88. Tellur Mütəllimov.
Baş məşqçi: Roman Qriqorçuk.

Shares: