Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda liqa) 11-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun komandası – "Sportinq B" də növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə "Freamunde" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:2.

Nəsirov bu görüşün 65-ci dəqiqəsində meydana daxil olub. 

Qeyd edək ki, "Sportinq"in ikinci komandası hazırda 14 xalla 22 komanda arasında 13-cü pillədə qərarlaşıb.

Shares: