Futbol üzrə Gürcüstan Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Rasim Ramaldanovun komandası – "Kolxeti" də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə "Merani" ilə qarşılaşıb. Əsas vaxt qolsuz bitdiyindən, əlavə vaxt oynanılıb. Meydan sahiblərinin 100-cü diqəqədə hesabı açdığı oyun futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb – 0:1.

Ramaldanov da bu qarşılaşmanın iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin sabiq üzvü yenə sonadək mübarizə aparıb. 

Shares: