Bu gün milli komandaların FİFA reytinqi açıqlanıb. Futbolinfo.az saytının məlumatına görə, cədvəl Azərbaycan milisinin sıçrayışıyla əlamətdar olub.
Yığmamız ötən ayla müqayisədə 45 pillə irəliləyib. Komandamız yalnız Monteneqronun irəliləyişinə həsəd apara bilər. Sonuncular irəli doğru 49 addım atıb.
Hesabında 404 xal olan Azərbaycan yığması 88-ci pillədə qərarlaşıb. Ötən ay 252 xalla 133-cü olan Robert Prosineçkinin yetirmələrinin 152 xal qazanması DÇ-2014-ün Norveçlə ev (1:0), Çexiya ilə səfər (0:0) qarşılaşmaları sayəsində mümkün olub. Nəticədə komandamız Bolqarıstan, Qazaxıstan, Litva və Latviya kimi Avropa ölkələrini arxada qoyub.
…84 (78). Çin – 419
85 (91). Keniya – 416
86 (82). Honduras – 411
87 (93). Haiti – 405
88 (133). Azərbaycan – 404
89 (104). Bolqarıstan – 395
90 (83). Qazaxıstan – 386
91 (85). Qətər – 385
92 (81). Ekvatorial Qvineya – 380…
Dünyanın ən güclü 10 komandasının mövqeyində də müəyyən dəyişikliklər qeydə alınıb. Argentina zirvədə qalsa da, Belçika 2-ci sıranı əldən verib. Nəticədə Almaniya 2-ci, Braziliya 3-cü yerə yüksəlib. Bundan başqa, Portuqaliya və Kolumbiya 1 addım geriləyib, Fransa eyni qədər irəliləyib. İspaniya isə “10-luğ”a daxil olub.
1 (1). Argentina – 1621
2 (3). Almaniya – 1465
3 (4). Braziliya – 1410
4 (2). Belçika – 1382
5 (4). Kolumbiya – 1361
6 (6). Çili – 1273
7 (8). Fransa – 1271
8 (7). Portuqaliya – 1231
9 (9). Uruqvay – 1175
10 (11). İspaniya – 1168
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya irəliləyib, San-Marino mövqeyində qalıb. Şimali İrlandiya 6, Çexiya 7, Norveç 11 addım geri düşüb.
DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
2 (3). Almaniya – 1465
36 (30). Şimali İrlandiya – 739
40 (33). Çexiya – 663
81 (70). Norveç – 438
201 (201). San-Marino – 17
Qeyd edək ki, qonşu Türkiyə yığması 25-ci yerə yuvarlanıb. 4 pillə geriləyən “ay-ulduzlular” 843 xala malikdi.
Bununla da Azərbaycan millisi yeni rekorda imza atıb. Yığmamız FİFA reytinqi tarixində ən böyük irəliləyişinə nail olub. Millimiz 1994-cü ilin iyunundan daxil olduğu FİFA reytinqində bunadək ən yaxşı halda 24 pillə irəliləmişdi. Cəmi 18 ay öncə Prosineçkinin yetirmələri 24 pillə artırmışdı. Həmin vaxt 139-dan 115-dək irəliləmişik. Bu, 2015-ci ilin aprel reytinqində qeydə alınmışdı. 2007-ci ilin aprelində isə 20 pilləlik inkişafımız yaşanıb. 9 il öncə yığmamız 123-ü 103-ə dəyişib.
Maraqlıdı ki, bu dəfəki sıçrayış həmin iki göstəricinin cəmindən də yaxşıdı.