Oktyabrın 26-da AFFA-nın Lisenziyalaşdırma qrupu tərəfindən klublarda çalışan Lisenziyalaşdırma üzrə menecerlər üçün kurs təşkil olunacaq. Futbolinfo.az xəbər verir ki, kursun proqramına aşağıdakı mövzular daxil olunub: 

– UEFA və AFFA barədə ümumi məlumat;
– Lisenziyalaşdırma sisteminin tətbiqi və onun yaranma tarixi;
– Lisenziyalaşdırma üzrə qaydaların, əsas prosesin və sənədlərin təqdim olunması ilə bağlı son tarixlərin icmalı;
– Lisenziyalaşdırma üzrə meyarların icmalı və praktiki məşğələlər;
– Yazılı testlər;

Kurs çərçivəsində lisenziyalaşdırma qrupunun əməkdaşları ilə bərabər AFFA-nın digər şöbə və departamentlərin əməkdaşları da müxtəlif təqdimatlarla çıxış edərək, müxtəlif sahələr üzrə məlumat verəcək və iştirakçıların suallarını cavablandıracaqlar.

Kursun sonunda iştirakçıların kursda iştirak etməsi ilə bağlı təsdiqedici sənəd təqdim olunacaq.

Kurs eyni zamanda yeni lisenziyalaşdırma mövsümünün açılış iclası kimi qiymətləndiriləcək.

Shares: