"Eşitmişəm ki, Azərbaycan millisi seçmə mərhələyə yaxşı başlayıb. Yığmanızın aktivində 7 xal var. Hazırda özüm Bakıdayam və Azərbaycan futbolu ilə yaxından tanış olmaq istəyirəm". Futbolinfo.az xəbər verir ki, bu sözləri braziliyalı ulduz Ronaldinyo deyib.
O, gələcəkdə Azərbaycan və Braziliya milliləri arasında yoxlama görüşü keçiriləcəyi halda, bu təşəbbüsə dəstək verməyə hazır olduğunu bildirib.
Ulduz futbolçu "Qəbələ"yə mümkün keçidi ilə bağlı sualı da cavablandırıb: "Karyeramı bitirib-bitirməyəcəyim barədə qərar verməmişəm. "Qəbələ"dən təklif alsam, bununla razılaşaram? Niyə də yox?!"
Hazırda Messini dünyanın ən yaxşısı hesab etdiyini bildirən Ronaldinyo, özünün Pele və Maradonadan geri qalmadığını qeyd edib.
Tanınmış futbolçu azərbaycanlı uşaqlara da məsləhət görüb: "Uşaqlar nə qədər tez məşqlərə başlasalar, bir o qədər yaxşıdır. Məşqlərinə ciddi yanaşmalıdırlar. Məşqə hamıdan əvvəl gedib, hamıdan sonda getməlidirlər".