“Qəbələ” İdman Klubunun təşəbbüsü ilə ölkəmizdə səfərdə olan dünya şöhrətli braziliyalı futbol ulduzu Ronaldinyonun bu gün Bakı Olimpiya Stadionunda mətbuat konfransı keçirilib. Futbolinfo.az xəbər verir ki, mətbuat konfransında AFFA-nın baş katibi Elxan Məmmədov və “Qəbələ” İK-nın prezidenti Tale Heydərov iştirak edib.
Ronaldinyo Bakı Olimpiya Stadionu ilə tanış olub, burada məşq edən aşağı yaş qruplarından ibarət komandaların məşqinə baxıb.