Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – PAOK (2:0) matçından sonra qonaqlarınbaş məşqçisi Vladimir İviç jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az sizi həmin açıqlamalarla tanış edir:
– Məğlubiyyətdən başqa sizə mənfi təsir göstərən başqa hansısa amillər oldumu?
– Əslində ilk dəqiqələrdən istədiyimiz oyunu apara bilmədik və yenildik. Bu nəticəni gözləmirdik. Səhvlərmizi gördük, bunları düzəldib, yolumuza davam edəcəyik.
– Komandanın oyununa baxanda bəzi hallarda toparlamağa çalışırdı, amma sonradan yenə oyunu itirirdi…
– Bəli, ilk hissədə daha diqqətli idik. Hətta 2 real qol şansımız oldu. Təəssüf, sonda qol vura bilmədik. Futbolçularımız rəqib müdafiəçilər tərəfindən yaxşı bağlanılmışdı. Bizim üçün uğursuz gün oldu. İstədiklərmizi həyata keçirə bilmədik. Amma şanslarımız öz əlimizdədi.
– Bisesvar nə üçün start heyətində deyildi?
– Mən belə qərar verdim. O, son 3 oyunda özünü yaxşı tərəfdən göstərə bilməmişdi deyə, sonradan meydana daxil olmasını istədim.
– Komandada qələbə istəyi görünmürdü. Bunun səbəi nədi?
– Buna biz bəraət qazandıra bilmərəm. İlk dəfədi ki, komandada bu cür fəaliyyətsizlik görürdüm. İstədiyimiz təzyiqi edə bilmədik. Topsuz oyunda zəif çıxış etdik.
– PAOK-un bu qrupda ümidi nəyədi?
– Çətin qrupda yer almışıq. Qrupdakı komandaların dəyərli futbolçuları var. Hər şey özümüzdən asılıdı. Növbəti 3 oyunumuzdan 2-si evdədi, uğur qazanmağa çalışacağıq.
– Əsas heyətin 7 futbolçusunu bəzi səbəblərdən meydana buraxmamışdınız. Bu, məğlubiyyətdə rol oynadımı?
– Bunu səbəb kimi göstərmək olmaz. 7 futboçlunun yoxluğu fikri ilə razı deyiləm. Bu futbolçulardan 2-si bizim üçün daha vacib idi.
– Məğlubiyyətdə yorğunluğun təsiri var? 3 gün sonra “Olimpiakos”la matça çıxacaqsız. Bu görüşə hazırlaşa biləcəksiniz?
– Yorğunluğu məğlubiyyətə səbəb kimi göstərmək istəmirəm. Digər oyuna isə gücümüzü qoyub, hazırlaşacağıq.
ELMAR ABDULLA-ZADƏ