"Qarabağ"ın fəxri prezidenti Abdulbari Gözəl komandanın Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstanın PAOK klubu üzərində qazandığı qələbəni (2:0) şərh edib. Futbolinfo.az xəbər verir ki, o, bunları söyləyib: 

“Bu günlərdə Azərbaycanın müstəqilliyinin 25 illiyi qeyd olundu. Hər bir sahədə olduğu kimi, Azərbaycanda futbol da inkişaf edir. Çox şadam ki, bu gün 2:0 hesablı qələbə qazandıq. “Qarabağ” böyük müvəffəqiyyət qazandı. Komandadan çox razıyam. Qələbədən dərhal sonra onları təbrik etdim. Artıq bu rəqibi tanıdıq. İnanıram ki, səfərdə də yaxşı olacaq. “Qarabağ” özünə güvənir. Komandanın öz oyun tərzi var”.

Yeni trasferlərlə bağlı sualı Gözəl belə cavablandırıb: “Bəzən çox yaxşı futbolçu gətirsən də, oynaya bilmir. Çalışırıq ki, komandaya yeni qan verək. Hər zaman bu məsələ nəzərimizdədir. Axtarışlar daim gedir. Bu, olmalıdır”.

“Qarabağ”ın fəxri prezidenti qrupdan çıxmaq şansı barədə bunları söyləyib: “İndidən dəqiq nəsə deyə bilmərəm. “Qarabağ”a güvənirəm. Oyunun gedişində ayağa qalxırdım. Həm qol vurarkən, həm təhlükəli epizodlar yaşanarkən. İkinci qoldan sonra qələbəyə əmin oldum”.

Shares: