“Qarabağ”ın futbolçusu Dani Kintana Avropa Liqasının qrup mərhələsində həftənin ən yaxşı futbolçusu seçilib.

Futbolinfo.az xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğuda 69 faiz səs toplayan ispaniyalı yarımmüdafiəçi bütün rəqiblərini qabaqlayıb.

O, Kevin Monne Poke ("Sent-Etyen”, 8 faiz), Viktor İbarbo (“Panatinaikos”, 8 faiz), Pol Poqba (“Mançester Yunayted”, 7 faiz), Raul Rusesku (“Osmanlıspor”, 4 faiz), Antonio Kandreva (“İnter”, 2 faiz), Yevgeni Konoplyanka (“Şalke”, 2 faiz) və Nikola Kaliniçi (“Fiorentina”, 1 faiz) böyük səs çoxluğu ilə geridə qoyub.

Qeyd edək ki, “Qarabağ” – PAOK (2:0) matçının ən yaxşı futbolçusu seçilən 29 yaşlı futbolçu oyunda ilk qolun müəllifi olub.

Maraq üçün vurğulayaq ki, bu səsvermə azarkeşlər arasında keçirilib. Elə məhz bu üzdəndir ki, həftənin ən yaxşısı seçilməsinə baxmayaraq, Kintana Avroliqada 3-cü turun simvolik komandasında yer almayıb. Bu siyahıya "Qəbələ"dən də heç kim düşməyib.

Shares: