Türkiyə Super Liqasında 8-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budağın komandası – "Kayserispor" da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə "Qaziantepspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Ufuk bu görüşə start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, "Kayserispor" 8 turdan sonra 8 xalla 18 klub arasında 11-ci pillədə qərarlaşıb.

Shares: