2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının maskotu müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, bu gecə təşkil olunan mərasimdə səsvermənin nəticələri açıqlanıb.
"Canavar" digər rəqibləri – "Pişik" və "Pələng"ə qalib gələrək mundialın talismanı seçilib.
Tədbirdə Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko və Braziliya futbolunun canlı əfsanəsi Ronaldo iştirak ediblər.