Futbol üzrə Portuqaliya çempionatında 8-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular – Kamran Ağayevlə Emin Mahmudovun komandası – "Boavişta" da növbəti matçına çıxıb.

Sözügedən klub səfrədə "Maritimo" ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Qeyd edək ki, Kamran bu oyunda da start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb. O, 27-ci dəqiqədə penaltidən qol buraxıb. Amma komandası fasilədən sonra bərabərlik qolunu vura bilib. 73-cü dəqiqədə Ağayev sarı vərəqə də alıb.

Eminin adı isə bu matçın da iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, "Boavişta" hazırda 9 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Shares: