Futbol üzrə İran çempionatında 9-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Təbrizi təmsil edən klublar da növbəti oyunlarına çıxıblar.

Cənubi Azərbaycan paytaxtının ən məşhur klubu – "Traktorsazi" doğma meydanda "Fulad"la qarşılaşıb və məhsuldar heç-heçəyə razılaşıb – 2:2.

Təbrizin daha bir klubu "Göstəriş" isə səfərdə "Saba Qom"la dueldən heç-heçə ilə ayrılıb – 0:0.

Təbrizin cari mövsümdəki ən uğursuz çıxışı ilə diqqət çəkən təmsilçisi "Maşinsazi" isə yenə məğlubiyyətlə üzləşib. Bu komanda səfərdə "Sanat Naft"a böyük hesabla uduzub – 0:3.

9 turdan sonra "Traktorsazi" 16 klub arasında 17 xalla ikincidir. "Göstəriş" 9 xalla 10-cu, "Maşinsazi" isə 6 xalla sonuncu pillədə qərarlaşıb.

Shares: