Futbol üzrə Türkiyə Super Liqasında 8-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin komandası – "Trabzonspor" da növbəti matçına çıxıb.

Trabzon təmsilçisi səfərdə "Qalatasaray"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Ramilin adı bu görüşün iştirak ərizəsində yer alsa da, aş məşqçi Ərsun Yanal yenə onu meydana buraxmayıb.

Qeyd edək ki, "Trabzonspor" 8 turdan sonra 10 xalla 18 klub arasında 9-cu pillədə qərarlaşıb.

Shares: