Futbol üzrə Türkiyə Super Liqasında 8-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın komandası – "Bursaspor" da növbəti matçına çıxıb.

Bursa klubu səfərdə "Alanyaspor"la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.

D.Yılmaz bu görüşə də start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, komandasının ikinci qolu zamanı dubla imza atan Xorkeraya məhsuldar ötürməsi ilə yadda qalıb.

Qeyd edək ki, "Bursaspor" hazırda 16 xalla 18 klub arasında 4-cü pillədə qərarlaşıb.

Shares: