Almaniya üçüncü Bundesliqasında 12-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın komandası – "Duysburq" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Hanza" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Eratın adı bu görüşün iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Duysburq" 12 turdan sonra 24 xalla 20 klub arasında 1-ci pillədə qərarlaşıb.