Bu gün Topaz Premyer Liqasında 9-cu tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, son oyun günündə iki görüş baş tutub.

Öncə “Sumqayıt” doğma meydanda lider “Qəbələ” ilə üz-üzə gəlib. Dörd qolun vurulduğu oyunda qalib müəyyənləşməyib.

Turun qapanış matçında isə “Neftçi” “Qarabağ”la qarşılaşıb. Son çempion yaxşı günlərini yaşamayan əzəzli rəqibi üzərində inamlı qələbə qazanaraq həm "Qəbələ"nin, həm də "İnter"in xal itkisindən maksimum yararlanıb.

Topaz Premyer Liqası
9-cu tur

25 oktyabr (çərşənbə axşamı)

“Sumqayıt” – “Qəbələ” – 2:2 (0:0)
Qollar: Y.Nəbiyev, 46 (1:0). R.Eyyubov, 64 (1:1). F.Ozobiç, 73 (1:2). A.Yunanov, 90+4-pen. (2:2).
Qırmızı vərəqə: S.Quliyev, 90+3.
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cavanşir Yusifov, Azər Əsgərov.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Rəvan Həmzəzadə.
Sumqayıt. “Kapital Bank Arena”.

“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 7. Vaqif Cavadov, 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 22. Mirabdulla Abbasov, 24. Amit Quluzadə, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Seymur Əsədov, 9. Amil Yunanov, 21. Nasır Abilayev, 25. Ayaz Mehdiyev, 39. Tural Bayramlı, 66. Afşin İsmailzadə.
Baş məşqçi: Samir Abasov.
“Qəbələ”: 22. Dmitri Bezotosnı (k), 3. Voyislav Stankoviç, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 19. Filip Ozobiç, 20. Rikardinyo, 32. Rəşad Eyubov, 44. Rafael Santos, 88. Tellur Mütəllimov.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 8. Qismət Alıyev, 14. Cavid Hüseynov, 21. Roman Hüseynov, 30. Petar Franyiç, 34. Ürfan Abbasov, 39. Sadiq Quliyev.
Baş məşqçi: Roman Qriqorçuk.

“Neftçi” – “Qarabağ” – 0:2 (0:1)
Qollar: R.Əmirquliyev, 29 (0:1). Jayro, 90-öz qapısına (0:2).
Qırmızı vərəqə: K.Tira, 90+1.
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Akif Əmirəli, Knyaz Əmiraslanov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov.
Bakı. “Bakcell Arena”.

“Neftçi”: 33. Boban Baykoviç, 3. Jayro, 6. Vançe Şikov, 17. Rəhman Hacıyev, 80. Edson Kastilyo, 30. Dario Melnyak, 99. Denilson Pereyra, 23. Tərzin Cahangirov, 20. Eltun Yaqublu, 95. Elvin Bədəlov, 10. Cavid İmamverdiyev (k).
Ehtiyat oyunçular: 1. Krşevan Santini, 9. Katalin Tira, 19. Fəhmin Muradbəyli, 90. Jonas Pesalli, 26. Kamal Qurbanov, 13. Murad Ağayev.
Baş məşqçi: Elxan Abdullayev.
“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev (k), 6. Dino Ndlovu, 10. Muarem Muarem, 15. Rahid Əmirquliyev, 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 1. Boyan Şaranov, 2. Qara Qarayev, 11. Mahir Mədətov, 17. Namiq Ələsgərov, 18. İlqar Qurbanov, 32. Elvin Yunuszadə, 71. Vüqar Nadirov.
Baş məşqçi: Qurban Qurbanov.

Turun digər oyunları: “Kəpəz” – “İnter” – 0:0, AZAL – “Zirə” – 1:1.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp