Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində "Sumqayıt" evdə "Qəbələ"ni qəbul edir. Futbolinfo.az xəbər verir ki, bu oyunda komandanın iştirak ərizəsinə uzun müddətdən sonra Cavid Hüseynovun da adı salınıb. 

Bu matçı tribunadan izləyən qonaq azarkeşlər isə yarımmüdafiəçini meydanda görmək istəyir. Onlar ikinci hissədə bir neçə dəfə "Cavid meydana" şüarını səsləndiriblər.

Baş məşqçi Roman Qriqorçuk isə 83-cü dəqiqədə onların bu istəyini yerinə yetirərək Hüseynovu meydana buraxıb. C.Hüseynov Asif Məmmədovu əvəzləyib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp