"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 2:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

– Hesabı ədalətli saymaq olar? Rəqibin hər iki qolunu akademiyanızın yetirməsi vurdu. Bu, sizi sevindirirmi?
– Hər bir futbolçu qol vurarsa bu, onun üçün sevindirci haldı. Bu onun öz sevincidi, bizə təbrik etmək düşür. Nəticəni isə şərh etmək istəmirəm.

– Məhəmməd Mirzəbəyovun oyunundan razı qaldız?
– Heç bir futbolçunun çıxşı ilə bağlı danışmaq istəmirəm. Bu, bizim daxili işimizdi. Səhvlərmizi analiz edəcəyik.

– Son dəqiqələri necə şərh edərdiz? Hakimlikdən razı qaldınız?
– Hakimliklə bağlı fikir bildirməyəcəm. 

– "Qəbələ" 70-ci dəqiqəyə kimi özünü tam göstərə bilmədi. Bu, nə ilə əlaqədardı?
– Bugünkü oyundan çox razıyam.

– Cavid Hüseynov meydana çıxmaq üçün tam hazırdı?
– Şadam ki, o, bizimlədi. Hər şey etməliyik ki, əvvəlki səviyyəsinə qayıtsın.

– Matçın həftəiçinə salınmasını siz istəmişdiniz?
– Bizim komanda tam komplekləşməyib. Belə komanda üçün sıx qrafiklə oynamaq çətindi, amma reallıqla barışırıq.

ELMAR ABDULLA-ZADƏ

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp