"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 2:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

– Sentyabrın 22-dəki "Qəbələ" səfərində məğlubiyyətindən sonra ay keçsə də, bu matç yadımızdan çıxmayıb. Əlimizdən alınan xallar ürəzyimdə xal kimi qalmışdı. Oyuna çox ciddi hazırlaşmışdıq. Əsas hədəf o idi ki, meydanda rəqibə uduzmayaq, bunu da etdik.

– Nəticəni ədalətli sayırsınız?
– Əsas məqsəd uduzmamaq idi. İlk dövrədəki oyundan sonra ajiotaj yaratmışdıq. Bu gün "Qəbələ"ni əliboş yala salmaq istəyirdik.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp