Azərbaycan Premyer Liqasının 9-cu turunda baş tutan “Sumqayıt” – “Qəbələ” oyunundan sonra “Qəbələ”nin futbolçusu Asif Məmmədov fikirlərini bilıdirib. Futbolinfo.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən matçla bağlı bunları söyləyib:

– Gördüyünüz kimi, oyun bizim üstünlüyümüz şəraitində keçdi. Ancaq ikinci hissə başlayan kimi qol buraxdıq. Daha sonra toparlanıb önə keçməyi bacardıq. Ancaq olmayan cərimə zərbəsini verdi və ardınca penalti…Düşünürəm ki, ona görə xal itirdik.

– Penalti epizodunda hakimin üstünə qaçdın və etiraz etdin. Bu, nə ilə bağlı idi?
– Özünüz də gördünüz ki, orada 11 metrlik cərimə zərbəsinə səbəb olacaq qayda pozuntusu yox idi. Hakim adi oyun epizodunu qayda pozuntusu kimi dəyərləndirdi. Həmin epizodda hakim davam işarəsi də verə bilərdi. Başa düşə bilmirəm. 

– Bəs, hakimə nə dedin?
– Dedim ki, elə qayda pozuntusu olmur. Belə hakimlik yaxşı deyil. Belə hakimlik olar? Ola bilər ki, penalti epziodunda qayda pozuntusu var idi. Ancaq penalti epizodundan əvvəlki epizodda qayda pozuntusu yox idi. 

– Xal itkisini arxayınlıqla əlaqələndirmək olar?
– Yox. Biz arxayınlaşmamışdıq.  Bizim imkanlarımız var idi. Rəqibdən çox yaxşı oynayırdıq.  Deyərdim ki, bu gün çox yaxşı oynadıq, amma hakim səhvindən sonra xal itirdik.

– Artıq ikinci ildi ki, “Qəbələ” eyni ssenari ilə başlayır. Mövsümə yaxşı başlayırsız, sonra isə uğursuzluqla üzləşirsiz…
– Deməzdim ki, uğursuzluqla üzləşmişik. Çox yaxşı oynayırıq axı. Düzdü, ötən il uğursuzluqla üzləşmişdik, ancaq indi belə deyil.

ELMAR ABDULLA-ZADƏ

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp