Topaz Premyer Liqasının 9-cu turunun “Kəpəz”lə “İnter” arasındakı qarşılaşması iki yubileylə əlamətdar olub. Futbolinfo.az xəbər verir ki, 0:0 hesabı ilə başa çatan matçda hər komandanın bir üzvü Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.
Meydan sahiblərinin heyətində yubilyar komandanın kapitanı Tural Axundov olub. 2008/09 mövsümündə debüt etdiyi Premyer Liqada 9 qol vuran müdafiəçi “200”ə 5 klubda oynamaqla çatıb. İlk oyununu MOİK-də keçirən Axundov “Muğan”, “Rəvan”, “Simurq”dan sonra “Kəpəz”də çıxış edir. 9 mövsümdə mükafat qazana bilməyən Axundovdan fərqli 200-cü matçını keçirən digər futbolçu – “İnter”in braziliyalı müdafiəçisi Denis Silva daim iddialı klublarda oynayıb. İndiki komandasınadək “Xəzər Lənkəran” və “Neftçi”də oynamış cənubi amedikalı 3 dəfə çempionluq yaşayıb. O, 5 dəfə finalında oynadığı ölkə kubokunu da 3 dəfə başı üzərinə qaldırıb. 2007/08 mövsümündə debüt etdiyi çempionatdakı 200 matçda Silvanın 11 qolu var.
Qeyd edək ki, bunadək 113 futbolçu ölkə çempionatında 200 oyun səddini fəth edib. Tural və Denis bu rəqəmi 115-ə çatdırıb. Sonuncu bunu bacaran 6-cı legioner və ilk cənubi amerikalı kimi tarixə düşüb.
Tural Axundov Premyer Liqada
2008/09 |
MOİK (Bakı) |
2 |
0 |
2009/10 |
Muğan (Salyan) |
11 |
2 |
2010/11 |
Muğan (Salyan) |
27 |
1 |
2011/12 |
Rəvan (Bakı) |
31 |
0 |
2012/13 |
Rəvan (Bakı) |
23 |
|
2013/14 |
Simurq (Zaqatala) |
32 |
0 |
2014/15 |
Simurq (Zaqatala) |
30 |
0 |
2015/16 |
Kəpəz (Gəncə) |
35 |
5 |
2016/17 |
Kəpəz (Gəncə) |
9 |
1 |
Cəmi |
200 |
9 |
Denis Silva Premyer Liqada
2007/08 |
Xəzər Lənkəran |
11 |
|
2008/09 |
Xəzər Lənkəran |
15 |
3 |
2009/10 |
Xəzər Lənkəran |
16 |
0 |
2010/11 |
Neftçi (Bakı) |
29 |
1 |
2011/12 |
Neftçi (Bakı) |
30 |
1 |
2012/13 |
Neftçi (Bakı) |
14 |
1 |
2013/14 |
Neftçi (Bakı) |
25 |
1 |
2014/15 |
Neftçi (Bakı) |
18 |
2 |
2015/16 |
İnter (Bakı) |
35 |
1 |
2016/17 |
İnter (Bakı) |
7 |
1 |
Cəmi |
200 |
11 |