Braziliyanın əfsanəvi futbolçusu Karlos Alberto Torres bu gün 72 yaşında vəfat edib. Futbolinfo.az xəbər verir ki, o, Rio-de-Janeyroda ürək tutmasından dünyasını dəyişib.

Karlos Alberto 53 dəfə Braziliya milli komandasının formasını geyinib. O, 1970-ci ildə dünya çempionu olarkən Braziliyanın kapitanı olub. Torres DÇ-1970-in finalında Brazilyanın İtaliyaya qarşı keçirdiyi oyunda Dünya Çempionatları tarixində ən gözəl qollardan birini vurub.

Qeyd edək ki, braziliyalı mütəxəssis 2004-2005-ci illərdə futbol üzrə Azərbaycan milli komandasının da baş məşqçisi olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp