Premyer Liqanın 9-cu turununu son qarşılaşması çərçivəsində keçirilən “Neftçi” –“Qarabağ” matçının 90-cı dəqiqəsində meydan sahiblərinin hücumçusu Katalin Tira meydandan qovuldu. Futbolinfo.az xəbər verir ki, bu, ağdamlıların 2-ci qolundan sonra meydana daxil olan azarkeşin həmin hücumçu tərəfindən fiziki təzyiqə məruz qalmasına görə baş verdi.

Tribunadan meydana atılan fanat Tiranı təhqir etdi. Cavabında isə forvard ona zərbə endirdi. Araya girən futbolçular onu sakitləşdirdilər, polislər isə xuliqanlıq edən azarkeşi olay yerindən uzaqlaşdırdı. Baş hakim Ramil Diniyev Tiraya layiq olduğu qırmızı vərəqəni göstərdi.

Xatırladaq ki, “Qarabağ” üçün 2-ci qolu vuran Jayro həm də mövsümdə 3-cü dəfə avtoqola imza atdı.

Tutulan azarkeş isə Nurlan Əzizdi. O, ötən mövsümün 2-ci turunda da "İnter"lə səfər matçında eyni aqibətlə üzləşmişdi. Nurlan o zaman bakılıların kapitanı Araz Abdullayev və  Rahil Məmmədovun hücumuna məruz qalmışdı.

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp