Premyer Liqanın 9-cu turu çərçivəsində keçirilən “Neftçi” – “Qarabağ” matçından sonra qonaqların baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis yetirmələrindən razı qaldığını bildirib.

– Çox vacib qələbə qazandıq. Futbolçular çox çalışdı. İstədiyimiz kimi oynaya bildik. Azarkeşlərimizi və futbolçularımızı təbrik edirəm. Çox sıx qrafikdə çalışırıq. Hər gün bizim üçün olduqca vacibdi.

– Reynaldonun yoxluğu nə ilə bağlı idi?
– Onun zədəsi var.

– “Qarabağ”ın futbolçusu azarkeşə əl qaldırsaydı, hansı tədbiri görərdiz?
– Bu cür hal dünya futbolunda da baş verib. Azarkeş əsəbləşirsə, futbolçuu bunun ikiqatını keçirir. Bu cür hallarda birlik göstərmək lazımdı. Arzulamazdım ki, kimsə belə hal yaşasın.

– Avroliqadakı rəqibləriniz 2-3 gündən bir meydana çıxır. Komandanız isə 4 gündən sonra meydana çıxdı və yorğun görünürdü. Bunu aradan qaldırmaq üçün nə etmək lazımdı?
– Bu, əvvəllər dəb halını almışdı. Tibb elmi də sübut edib ki, qitəmiqyaslı görüşlərdən sonra futbolçularda psixoloji problem olur. Bəzi oyunçulara istirahət verdim. Ancaq bu gün futbolçularımız yorğun deyildi.

– Rəşad Sadıqovun yoxluğuna aydınlıq gətirərdiniz…
– Zədəsi var. İstirahət verməyi qərara aldıq.

– Çudomir Çakarovun getdiyi barədə xəbərə aydınlıq gətirməyinizi xahiş edərdik.
– Səhhətindəki problemlərə görə bizdən ayrılıb. Çünki istirahətə ehtiyacı var. Ancaq lazım gəldikdə onunla məsləhətləşirik.

– Reynaldo PAOK-la oyunadək düzələcək?
– Deyə bilmərəm. Çətin görünür. Amma fərdi qaçışlara başlayıb.

CEYHUN ƏLİYEV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp