17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması ilk oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, İngiltərə komandası ilə qarşılaşan yığmamız məğlub olub – 0:2.

Qrupun digər oyununda Avstriya Rumıniyaya 2:1 hesabıyla qalib gəlib.

Qeyd edək ki, komandamızın mübarizə apardığı 6-cı qrupun oyunları Rumıniyada təşkil olunub.

Futbolçularımız turnirdə növbəti oyununu oktyabrın 27-də Avstriya yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

İngiltərə – Azərbaycan – 2:0 (2:0)
Qollar: Qomes, 16 (1:0). Sanço, 23 (2:0).

İngiltərə: 13. Tomas Makqill, 2. Timoti Eyoma, 4. Morqan Gibbs-Uayt, 5. Joel Letibyudyer, 6. Conatan Panzo, 7. Fil Foden (17. Teşan Oukli-But, 73), 8. Corc Makikran, 10. Encel Qomes (k) (16. Emil Smit-Rou, 65), 11. Ceydon Sanço (12. Kallum Hadson-Odoi, 65), 14. Luis Gibson, 18. Rian Bryuster. 
Ehtiyat oyunçular: 1. Kertis Anderson, 3. Bruklin Layons-Foster, 9. Daniel Loader, 15. Aleksander Denni.
Baş məşqçi: Stiven Kuper.
Azərbaycan: 1. Məhəmməd Can Tuncer, 2. Onur Taha Takir, 3. Rüstəm Nuriyev, 4. Şahan Akyüz, 5. Fərid Nadirov (k), 6. Vüsal Mustafayev (16. Fərid Mahmudov, 78), 7. Şakir Seyidov, 8. Turan Vəlizadə, 9. Murad Mahmudov (15. Tahir Zeynalov, 80), 10. Mutlu Aksu Doğan, 11. Kamran Quliyev (17. Xaqani Sadıxov, 64).
Ehtiyat oyunçular: 12. Nicat Mehbalıyev, 13. İdris İnqilablı, 14. İzzət Müştaqov, 18. Məhəmməd Abbaslı.
Baş məşqçi: Vüqar Məmmədov.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp