"Zirə"nin baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

– Çox döyüşkən komandaya qarşı oynadıq. Özümüzü xoşbəxt sayırıq. Belə bir şəraitdə futbol oynamaq azarkeşlərə ürək açıqlığı verir. Futbolçulara təşəkkür edirəm. 

– Cavid Tağıyevi oyunun qəhrəmanı hesab etmək olar?
– Futbol komanda oyunudu. Cavidin qol vurması üçün bütün futbolçular əziyyət çəkirlər. Bu gün bütün komandanı qəhrəman hesab edirəm.

– Oyunun gedişi zamanı iki futbolçunuz zədələndi. Bunu süni örtüklü meydançalarla əlaqələndirmək olar?
– Oyundan əvvəl Proqninin əzələsində yüklənmə var idi. Ancaq Proqnini belə tez əvəzləməyi düşünmürdüm. İnşallah, tezliklə komandaya qayıdarlar.

– “Zirə”nin futbolçuları hava toplarında mübarizə apara bilmirlər. Bu məsələ sizi nə dərəcədə narahat edir?
– Biz özümüz bilirdik ki, “Kəpəz” futbolçuları hava toplarında yaxşı oynayırlar. Bu, bizim üçün böyük problemdi. Qarşıda uzun çempionat var və bunu aradan qaldırmağa çalışacağıq.

ELMAR ABDULLA-ZADƏ

Shares: