Premyer Liqanın 10-cu turu çərçivəsində "Sumqayıt"ı qəbul edən İnter" matçın debütündə ciddi itkiylə üzləşdi. Futbolinfo.az xəbər verir ki, artıq 17-ci dəqiqədə Rauf Əliyevin zədələnməsi komandasını pis vəziyyətdə qoyub.
Həmin vaxt hesabda geri olan meydan sahiblərinin heyətində əvəzetmə yalnız 20-ci dəqiqədə baş verib. Maraqlıdı ki, bu, Samir Abasovun komandasına cərimə zərbəsi zamanı həyata keçirilib. Pərdis Fərcad Azadın meydana daxil olmasıyla qolun qeydə alınması arasında isə bir neçə saniyə çəkdi. Nizami Hacıyevin hava ötürməsindən sonra Zurab Xizanişivili baş zərbəsi ilə hesabı bərabərləşdirdi.
Qeyd edək ki, matçın 25-ci dəqiqəsi gedir və hesab bərabərdi – 1:1.