Premyer Liqanın 10-cu turu çərçivəsində keçirilən "İnter" – "Sumqayıt" matçı başa çatdıqdan sonra meydan sahiblərinin prezidenti Rəşad Qasımov meydançaya daxil olub. Futbolinfo.az xəbər verir ki, klub rəhbəri məşqçi heyəti və futbolçularla bir-bir qucaqlaşıb, vidalaşıb.
Bu oyun onun üçün tutduğu postda sonuncu olduğu üçün Qasımov azarkeşlərə tərəf gedərək, onlarla da vidalaşıb. Klub prezidenti bu məqamda göz yaşlarını belə saxlaya bilməyib.
Qeyd edək ki, komandası onun üçün vida matçında 3:1 hesablı qələbə qazanıb və məğlubiyyətsiz seriyanı 10 oyuna çatdırıb.